Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 01:04

Vilayət Eyvazov: 'İnsan alveri cinayətləri artıb'


Vilayət Eyvazov

“2016-cı ildə miqrantların məcburi əməyə cəlb edilməsi hallarının müəyyən edilməsi tədbirləri çərçivəsində Azərbaycanda yaşama qaydasını pozan 5523 əcnəbi müəyyən edilib. Onların ölkədən çıxarılması təmin edilib”.

Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov aprelin 7-də parlamentdə illik hesabat verərkən belə deyib.

Onun sözlərinə görə, sözügedən əcnəbilərin ölkədən çıxarılması miqrantların məcburi əməyə cəlb edilməsi istiqamətindəki çalışmalara müsbət təsir göstərib.

Buna da bax:​ İnsan alveri çoxalıb

V.Eyvazov polis orqanlarının aidiyyəti qurumlarla birgə keçirdiyi reydlər haqda da məlumat verib. Onun bildirdiyinə görə, həmin reydlər zamanı küçə həyatı keçirən, dilənçilik edən 600-ə yaxın uşaq müəyyən edilib. Ancaq onların məcburi əməyə cəlb edilməsi halı aşkar olunmayıb.

İl ərzində bəzi valideynlərin uşaqların əməyə və qeyri-qanuni qulluğa qəbul edilməsinə şərait yaratdığı da bildirilir. V.Eyvazov qeyd edib ki, öz uşaqlarını dərsdən yayındıran 240 valideyn barəsində inzibati tədbir görülüb.

Ötən bir ildə məcburi əməyə cəlb etmə və insan alveri hallarında xeyli artım nəzərə çarpır.

Buna da bax: İnsan qaçaqçıları qurbanların orqanlarını da çıxarıb satırlar

V.Eyvazovun bildirdiyinə görə, hesabat dövründə 2015-ci illə müqayisədə 30 faiz çox (147 fakt) məcburi əməyə cəlb etmə və insan alveri cinayəti aşkar edilib. Ümumilikdə isə 15 cinayətkar qrup zərərsizləşdirilib, axtarışda olan 10 nəfər isə aşkar edilərək məsuliyyətə cəlb olunub.

Milli koordinatorun deməsinə görə, il ərzində 63 insan alveri qurbanı və 7 potensial qurbanın sığınacağa yerləşdirilməsi, onlara 400 manat birdəfəlik yardımların verilməsi, 25 nəfərin işlə təmin olunması, 38 nəfərin isə peşə təhsilinə göndərilməsi təmin olunub.

Buna da bax:​ Türkiyədə çalışanlar vətənə qayıtmağa qorxur

Həmin qurbanların himayəsində olan 31 azyaşlı isə müxtəlif təhsil proqramlarına cəlb olunublar.

Parlament milli koordinatorun illik hesabatını qəbul edilib.

Buna da bax:

Vilayət Eyvazov insan alveri haqda danışır
Gözlə

No media source currently available

0:00 0:04:04 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG