Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyul, Cümə, Bakı vaxtı 01:13

«2015-ci il illə müqayisədə 2016-cı ildə 29.4 faiz çox və ya başqa sözlə 141 insan alveri faktı aşkarlanıb. 15 cinayətkar qrup zərərsizləşdirilib və həmin cinayətlərin qurbanı olmuş 70 şəxs müəyyən edilib».

«Report»un xəbərinə görə, bunu bu gün, aprelin 7-si Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov Milli Məclisdə verdiyi hesabatda bildirib.

Onun deməsinə görə, qurbanların hər birinə 400 manat məbləğində birdəfəlik müavinət verilib, 25-i işlə təmin edilib, 38 nəfər peşə kurslarına göndərilib.

V.Eyvazov deyib ki, insan alverinin və məcburi əməyin qurbanları arasında uşaqlar da var.

Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik hesabatı müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG