Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 19:55

Çin və BƏƏ-də ticarət nümayəndəsi təyin olunacaq


Şanxay

Azərbaycanın Çin və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliklərində ticarət nümayəndəliklərinin açılması üzrə hazırlıq işləri yaxın 2-3 aya başa çatacaq.

Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib.

O qeyd edib ki, prezidentin fərmanı ilə Azərbaycanın Rusiyada ticarət nümayəndəsi təyin edilib. «O, öz səlahiyyətləri çərçivəsində görüşlər keçirməyə başlayıb. Biz də öz tərəfimizdən ticarət nümayəndəliklərinin maddi-texniki bazasını hazırlayırıq», - S.Babayev deyib.

Nazir müavini bildirib ki, nümayəndəliklərin işinin təşkili, işçi ştatının formalaşdırılması nazirliyin səlahiyyətinə aiddir, ticarət nümayəndəsini isə prezident təyin edir.

XATIRLATMA

Bu il yanvarın sonunda prezident İlham Əliyev xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarda ticarət nümayəndəsinin təyin edilməsi haqqında fərman imzalayıb.

Ticarət nümayəndələri xarici ölkələrdə Azərbaycanın iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsindən ötrü fəaliyyət göstərməlidirlər.

Həmin fərmana uyğun olaraq, ilk təyinat fevralın əvvəlində Rusiyadakı səfirliyə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG