Aprelin 7-si Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 4-7, gündüz 14-18, Bakıda gecə 4-6, gündüz 15-17 dərəcə isti olacaq.
Ölkənin əksər rayonlarında da yağıntı gözlənilmir. Lakin bəzi qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Gecə 2-7, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təxmin edilir.