Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 04:34

Azərbaycan yığması 2 pillə irəliləyib


Azərbaycan-Almaniya oyunu

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

2017-ci ilin mart ayı ilə müqayisədə Azərbaycanın futbol üzrə milli komandası iki pillə irəliləyib.

Hazırda Azərbaycan milli komandası 386 xalla 2 pillə irəliləyərək 87-ci pillədə qərarlaşıb. Halbuki, Azərbaycanın futbol üzrə yığma komandası 2018 Dünya Çempionatının seçmə mərhələsində iki həftə öncə Almaniya millisi ilə doğma divarlar arasında keçirilən oyunda 1:4 hesabı ilə məğlub olmuşdu.

Siyahıya 1661 balla Braziliya yığması başçılıq edir. Ondan sonra isə Argentina və Almaniya yığması gəlir. Ötən ay bu siyahıya Argentina yığması başçılıq etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG