Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:09

Pence və Tillerson-dan Rusiyaya çağırış


Mike Pence

ABŞ-ın vitse-prezidenti Mike Pence deyir ki, buhəftəki kimyəvi hücumun arxasında Suriya hökumətinin durduğuna «şübhə yoxdur». Pence Rusiyanı Suriyadakı kimyəvi silahların məhviylə bağlı razılaşmasına əməl etməyə çağırıb.

Pence aprelin 5-də «Fox News»a müsahibəsində Xan-Şeyhunda qaz hücumuyla bağlı sualı cavablandırıb. Həmin hücumda 80-dən çox adam həlak olub. Pence Obama administrasiyasını günahlandırıb, onların Rusiya və Suriyanı kimyəvi silah qadağasının icrasına məcbur edə bilmədiyini deyib. Həmin qadağanı Suriya prezidenti Bashar al-Assad 2013-cü ildə imzalayıb.

ABŞ-ın dövlət katibi Rex Tillerson da Rusiyanı Assad-la münasibətlərinə yenidən baxmağa çağırıb. «Şübhə etmirik ki, Suriya rejimi… bu dəhşətli hücuma görə məsuliyyət daşıyır», – Tillerson deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG