Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 18:09

Rusiyada kasıbların sayı artır


Pensioner

Ötən il 19.8 milyon rusiyalı yoxsulluq həddində yaşayıb. Bu, son 10 ilin ön böyük göstəricisi sayılır. Aprelin 5-də açıqlanmış rəsmi rəqəmlər neft böhranının və Qərbin Ukraynaya görə sanksiyalarının Rusiya iqtisadiyyatını sürüklədiyi durumu ortaya qoymuş olur.

2015-ci ildə Rusiyada kasıbların sayı 19.5 milyon idi, yəni bu say 300 min nəfər çoxalıb. Bunu «Rosstat»ın rəqəmlərinə əsasən demək olar.

Ötən il əhalinin 13 faizindən çoxu minimumdan da az qazanıb. Dördüncü rübdə aylıq yaşayış minimum aya 9 min 691 rubl, yəni 171 dollar idi.

2006-cı ildə Rusiyada 21.6 milyon nəfər minimum gəlirlə dolanırdı. 2000-ci ildə bu rəqəm 40 milyon nəfərdən çox idi.

Amma 2014-cü ildə, neftin ucuzlaşmasından və Qərbin sanksiyalarından öncə ölkədə yoxsul sayı 16.1 milyon nəfər olub.

Son aylar rublun bahalanmasına baxmayaraq, qiymətlərin yüksəlməsi istehlakçıların alıcılıq qabiliyyətini xeyli zəiflədib.

Günün bütün mövzuları

XS
SM
MD
LG