Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 20:34

ABŞ Dövlət katibi Rex Rillerson aprelin 11-12-də Moskvaya səfər edəcək.

Bu barədə aprelin 5-də AzadlıqRadiosu Associated-Press, France-Press və TASS agentliklərinə istinadla məlumat yayıb.

O, səfər zamanı rusiyalı həmkarı Sergei Lavrovla görüşəcək.

Amma onun Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi bəlli deyil.

Rusiya xarici işlər nazirliyinin məlumatına görə,səfər zamanı qlobal təhlükəsizlik,Suriya, Şimali Koreya, Ukrayna və digər məsələlər müzakirə olunacaq.

Nazirlik həmçinin yeni ABŞ administrasiyasının Moskva ilə münasibətləri yaxşılaşdırmaq səylərini müsbət qiymətləndirir.

Xatırladaq ki,ABŞ prezidenti Donald Trump hələ seçkiqabağı kampaniyalar zamanı Rusiya ilə münasibətləri yaxşılaşdıracağını vəd etmişdi.

Amma sonradan onun administrasiyasının bir sıra üzvlərini Rusiya ilə əlaqədə günahlandırdılar və bu məsələ ilə bağlı hazırda bir sıra araşdırmalar aparılır.

Tillersonun səfəri Suriyada mümkün kimyəvi silahdan istifadə edilməsi fonunda münasibətlərin gərginləşdiyi dövrə təsadüf edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG