Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 11:24

Bu gün, aprelin 5-də Azərbaycanın ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. Səfəri Təhsil Nazirliyi təşkil edib.

Bu haqda nazirliyin məlumatında bildirilir.

Media təmsilçilərinin müşayiət etdiyi səfərə nazirliyin rəsmiləri də qatılıblar.

Səfər zamanı əcnəbi tələbələr Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumatlandırılıblar. Onlara deyilib ki, 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələ Təpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olub. Buna görə, Cocuq Mərcanlı kəndində yaşayış mümkün olmayıb. Sözügedən təpə ələ keçirildikdən sonra isə kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.

Səfərə qatılanlar kənddə aparılan işlərlə tanış olublar. Onlar tikilməkdə olan məktəbin ərazisinə də gediblər. İştirakçılar orda ağac əkiblər.

XATIRLATMA

Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal olunub, 1994-cü ildə Horadiz və ətraf qəsəbələrlə birlikdə azad edilib. 2016-cı ilin aprelində kəndin yaxınlığındakı Lələtəpə yüksəkliyi azad edilib.

Prezident İlham Əliyev yanvarın 24-də bu kəndin bərpası ilə bağlı sərəncam verib. İlkin olaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə 4 milyon manat pul ayrılıb. Kənddə birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi planlaşdırılır. Bundan başqa, dövlət başçısı kəndin yol çəkilişindən ötrü də 4.3 milyon manat ayırıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG