Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 08:07

Bank şöbələrinin sayında cüzi də olsa, çoxalma qeydə alınıb. Bu il yanvarın 1-ə 131 bank şöbəsi fəaliyyət göstərirdisə, indi bu rəqəm 135-ə qalxıb.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bildiriblər.

Əksinə, 2017-ci il yanvarın 1-ə ölkədə bankların filiallarının sayı azalıb. Bu rəqəm 569-dan 563-ə enib. Başqa sözlə, 6 filial bağlanıb.

Palata hazırda ölkədə 32 bankın fəaliyyət göstərdiyini bildirir.

Ötən il ölkədə 10-dan çox bankın lisenziyası ləğv edilib. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilir.

Ekspertlər bu il daha bir neçə bankın bağlanacağını güman edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG