Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 07:30

Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı


Mohammad bin Salman

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbəri Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Xəbərə görə, müzakirə bu ölkəyə səfər edən Azərbaycan müdafiə naziri Zakir Həsənovla Səudiyyə krallığı vəliəhdinin varisi, müdafiə naziri şahzadə Mohammad bin Salman arasında aparılıb.

«Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub»,- deyə xəbərdə bildirilir.

Müdafiə naziri Z.Həsənov Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən İslam Hərbi Koalisiyası Mərkəzində də olub.

Azərbaycan nümayəndə heyəti qlobal terrorizmlə mübarizəni əlaqələndirən Mərkəzlə tanış olub və qurumun fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.

Azərbaycan müdafiə naziri Zakir Həsənov aprelin 4-də Səudiyyə Ərəbistanına səfər etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG