Aprelin 5-i yerli vaxtla saat 03:17-də Azərbaycan ərazisində zəlzələ baş verib.
Xəbəri Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.
Xəbərə görə, zəlzələ Lənkəran şəhərindən 27 km şimal-qərbdə qeydə alınıb.
Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.
Dağıntı haqda məlumat verilmir.