Qırğızıstanın dövlət təhlükəsizlik xidməti bildirir ki, Sankt-Peterburq şəhərində metroda partlayışı törədən milliyyətcə qırğız olan Rusiya vətəndaşıdır.
Dövlət Milli Təhlükəsizlik Komitəsinin (UKMK) sözçüsü Rakhat Sulaimanov aprelin 4-də deyib ki, şübhəli Akbarjon Jalilov 1995-ci ildə Qırğızıstanın cənubundakı Oş vilayətində doğulub.
Aprelin 3-də metroda törədilmiş partlayışda 14 nəfər ölüb, 51 nəfər yaralanıb.
Partlayışa görə məsuliyyəti götürən olmayıb. Hadisə baş verəndə, prezident Vladimir Putin də doğma şəhərində olub.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (KNB) sədr müavini Nurgali Bilisbekov isə hökumətin iclasında bildirib ki, Qazaxıstandan deyil, Orta Asiyadan olan Rusiya vətəndaşı partlayışı törətməkdə şübhəli bilinir.