Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 04:50

Scarlett Johansson: "Mən internetsiz böyümüş sonuncu nəslin nümayəndəsiyəm"


Amerika aktrisası Scarlett Johansson.

Bu günlərdə dünyada və Azərbaycanda Scarlett Johansson'un baş rolunu oyandığı "Yaraqlı xəyalət" (Ghost in the Shell) filmi ekranlara çıxmağa başlayıb. Artıq Azərbaycanın bir çox kinoteatrında film göstərilir.

Adətən superqəhraman rollarını oyanayan Scarlett Johansson bu dəfə yapon cizgi filmləri rejissoru Masamune Shirow'un 90-larda yaratdığı manqa-cizgi filmi silsiləsinin ekrana daşınmış versiyasında oynayır. Film yaxın gələcəkdə yapon polisinin xüsusi təyinatlı hissəsinin cinayətkarlarla mübarizəsindən bəhs edir. Scarlett Johansson'un "dəmir ledi" Motoko Kusangi rolunu oynadığı filmdə baş qəhraman elə müasir texnologiyalardan istifadə edir ki, onun bədəni yanmır, güllə keçirmir və hətta istədiyi zaman gözəgörünməz olur. O istənilən tapşırığı yerinə yetirmək üçün kamilləşmiş orqanizmindən maksimum istifadə edir. Ancaq yeni düşməni onun zəif yerindən istifadə edir və xüsusi-təyinatlı polis olmaqdan öncə necə bir insan olduğunu ona xatırlatmağa çalışır.

Buna da bax: Robotla seks, hətta nigaha girmək mümkün olacaq

Masamune Shirow'un 1989-cu ildə çəkdiyi "Yaraqlı xəyalət" manqası.
Masamune Shirow'un 1989-cu ildə çəkdiyi "Yaraqlı xəyalət" manqası.

Hollywoodun yenidən gündəmə çıxardığı obrazın müəllifi Masamune Shirow bir neçə məşhur yapon cizgi filminin, komiks-manqaların müəllifi olsa da onun üzünü çox az adam görüb. Shirow müsahibə verməyi sevmir, kameralar qarşısında görünmür. Ancaq "Yaraqlı xəyalət" filmini çəkən "Paramount Pictures" kinokompaniyası onun 90-larda çəkdiyi komikslərdə o zaman üçün fantastika kimi görünən, ancaq indiki dövr üçün yeni texnologiya ilə bağlı öncəgörmələr olduğunu düşünüb və onun əsərinə yenidən can verməyi qərara alıb.

Yenicə ekranlara çıxan "Yaraqlı xəyalət" filminin baş qəhramanı Scarlett Johansson oynadığı rol və insanlığın gələcəyi haqda fikirlərini "Ria novosti" saytı ilə bölüşüb.

O müsahibəsində deyir ki, bizim gələcəklə bağlı çəkilmiş fantastik filmlərdə gördüklərimiz artıq əlçatmaz və uzaq görünmür. Əksinə texnologiyanın inkişafı göz qabağındadır. Bircə bu var ki, texnologiya sayəsində inkişaf edən rabitə vasitələri çoxaldıqca, insanlar arasındakı rabitə itirilməyə başlayıb. Biz bir-birimizdən uzaqlaşmağa başlamışıq. "Yaraqlı xəyalət" filmi də məhz bundan bəhs edir. Orda insanın elmi tərəqqiyə necə qurban getməsi göstərilir.

"Yaraqda xəyalət" filminin traileri.

Scarlett Johansson'un özünün bu cür gələcəkdən qorxub-qorxmamasını soruşanda isə o deyib ki, uşaqlığı internetin olmadığı bir dövrə düşüb və belə bir insan üçün virtual aləmdə böyüyüb, bütün məlumatlara əlinin çatmasını təsəvvür etmək belə çətindir. "Daha heç nəyi axtarmaq lazım deyil, hər şey əlinin altındadır, bir barmağını tərpətmək kifayətdir. Məncə məhz buna görə insanlar daha özünə və dünyaya suallar ünvanlamır. Biz etinasızlaşmışıq, hər şey çox əlçatan olub. Mən bunu gerçəklik kimi qəbul etməyə çalışıram, ancaq dünyanın belə vəziyyətə gəlməsi qəribədir. Nə olur olsun özümü rəqamsal dünyanın adamı kimi görmürəm". - deyə aktrisa bildirib.

Buna da bax: 'Milyoneri necə ram edib ona ərə getməli?' - "Qaranın əlli çaları" filmi haqda

Aktrisa həmçinin filmə çəkilərkən heç də rolunu başdan-başa kompyuter qrafikasının və xüsusi effektlərin köməyi ilə yerinə yetirmədiyini deyib. Belə ki, filmdə çoxlu gerçək səhnələr var. Məsəlçün, səhnələrin birində o uçur və göydələnin təpəsindən aşağı yıxılır, ancaq bu heç də kompyuter effekti deyil, sən demə Scarlett Johansson həmin səhnəni həqiqətən yaşayıb, ancaq filmdəki kimi çox yüksək deyil, nisbətən alçaq hündürlükdən aşağı atılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG