Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:23

Kamal Abdullanın 'Yarımçıq əlyazma'sı bu dəfə gürcü dilində


Tbilisidə 'Yarımçıq əlyazma'nın təqdimatı. 30mart2017.

Kamal Abdullanın “Yarımçıq əlyazmaromanı gürcü dilinə çevrilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, martın 30-da İ. Cavaxişvili adına Tbilisi Dövlət Universitetində romanın təqdimatı olub. Təqdimat mərasimində universitetin professor-müəllim heyəti, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı və gürcü tələbələr iştirak ediblər.

Buna da bax:​ Kamal Abdulla «Qızıl Delviq»ə layiq görüldü

Kamal Abdulla kitabla bağlı fikirlərini bölüşüb, müəllim və tələbələrin suallarını cavablandırıb.

İlk dəfə 2004-cü ildə nəşr olunan «Yarımçıq əlyazma» romanı «Son onilliyin əsəri» seçilib və bir çox mükafatlar qazanıb.

Roman indiyədək dünyanın bir çox dillərinə çevrilərək Rusiya, Polşa, Fransa, Türkiyə, Braziliya, Amerika, Avstriya, Qazaxıstan, Misir, İtaliya və s. ölkələrdə çap edilib.

Buna da bax: «Yarımçıq əlyazma»-- indi də italyan dilində...

Müxtəlif dillərdə roman haqqında 100-dən çox rəy və resenziya yazılıb.

Rusiyanın məşhur «İnostrannaya literatura» jurnalı ilk dəfə Azərbaycan ədəbiyyatından məhz bu romanı müzakirəyə çıxarıb.

Latın Amerikası ölkələrindən Braziliyada Azərbaycan ədəbiyyatından nəşr edilən yeganə kitab da «Yarımçıq əlyazmadır».

Buna da bax:​ Kamal Abdulla: "Dünən Əhəd Muxtarı oxuyub bu gün Folkneri oxumaq olmaz"

Rusiyalı tənqidçilər əsəri «postmodernizmin ən parlaq nümunəsi», türkiyəli tənqidçilər isə bu əsərə görə Kamal Abdullanı «Azərbaycanın Borxesi» adlandırıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG