Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 10:58

ABŞ səfirliyi jurnalistikaya qəbul elan edib


Foto illüstrasiya.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfirliyi Azərbaycan vətəndaşları arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika, media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu elan edib.

Səfirliyin məlumatında qeyd edilir ki, təhsili Gürcüstanın İctimai İşlər İnstitutu (GIPA) həyata keçirəcək.

ABŞ-ın Azərbaycandakı səfirliyi tələbələri təhsil haqları daxil olmaqla, Gürcüstanda təhsil müddətində maliyyə yardımı ilə təmin edəcək.

«Bu gözəl fürsəti qaçırmayın. Müraciətdə son tarix 2017-ci il aprelin 29-dur. Namizədlər ölkədə yaşayan Azərbaycan vətəndaşları olmalıdır», - səfirliyin məlumatında yazılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG