Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 18:04

Azərbaycan təhsil nazirinin əmri ilə ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə yeni qaydalar təsdiq edilib.

Məlumatı Təhsil Nazirliyi yayıb.

Qaydalara əsasən, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin mərkəzləşdirilmiş qaydada 3 mərhələdə (elektron ərizənin qəbulu, imtahan, müsahibə) bu ilin aprel-avqust ayları ərzində keçirilməsi nəzərdə tutulur.

Müsabiqədə alitəhsilli, azı 5 il pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji sahədə çalışan şəxslər iştirak edə bilərlər.

Elektron ərizələrin qəbulu 2017-ci il aprelin 1-dən 15-ə kimi həyata keçirilir. Bu mərhələdə namizədlər hazırda işlədiyi müəssisənin yerləşdiyi və ya yaşadığı rayon (şəhər) üzrə 4 vakant məktəb seçə bilərlər.

İmtahan mərhələsində namizədlərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim olunan konkret mövzu üzrə elektron qaydada esse yazmaq tələb olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG