Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 02:20

«Martın 31-də güclü külək olacağı barədə məlumat ölkənin neft sənayesinin rəhbər heyətinə məlumdur və bununla bağlı lazımi tədbirlər görülür».

Bunu AzadlıqRadiosuna Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib.

N.Quliyev hava şəraiti ilə əlaqədar dəniz platformalarında az qüvvənin qalacağını söyləyib: «Dəniz platformalarındakı heyətlərə telefonoqramlar göndərilib. Bundan əlavə, şifahi məlumatlar verilib, telefon danışıqları olub».

N.Quliyev qazmaçıların, inşaatçıların, təmirçilərin, xidmət heyətinin platformalardan çıxarıldığını bildirib: «Platformada ancaq quyulara nəzarət edən heyət qalacaq və onlar da növbəlilik əsasında işləyəcəklər».

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı da prosesi yaxından izlədiyini bildirib.

Ölkə meteoroloqları sabah, martın 31-i Bakı və ətrafında güclü şimal-qərb küləyi əsəcəyi haqda məlumat yayıb.

XATIRLATMA

Ekspertlər hesab edirlər ki, bu vaxta qədər bir çox rəsmilərin məsuliyyətsizliyi üzündən bəzi zəruri tədbirlər görülmədiyindən, pis hava şəraitində dənizdəki platformalarda bədbəxt hadisələr baş verib.

2016-cı il dekabrın 15-də güclü külək nəticəsində Qaradağ rayonu N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığımı Məntəqəsində estakadanın bir hissəsi və ütündəki budkanın uçması ilə 10 neftçi dənizə düşmüşdü. Onlardan indiyə kimi yalnız 5-in meyiti tapılaraq ailəsinə verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG