Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 23:01

Bakıda güclü külək, dağlıq rayonlarda dolu gözlənir


Dolu

Martın 31-i Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Ancaq gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeron yarımadasında gecə 4-7, gündüz 8-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Nazirlik, eyni zamanda, təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edilib. Bu xəbərdarlığa görə, martın 31-də Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın bəzi rayonlarında isə şimşək çaxacağı, yağış yağacağı bildirilir. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar gözlənilir. Bəzi yerlərə dolu düşəcəyi ehtimalı var. Gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 5-9 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG