Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 18:20

Atəşkəslə bağlı 30 mart açıqlaması


Qarabağda Azərbaycan əsgəri.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 143 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Qazax rayonunun Quşçu Ayrım, Fərəhli, Kəmərli, Qaymaqlı, Qızılhacılı, Berd rayonundan da Tovuz rayonunun Əlibəyli, Ağdam və Muncuqlu kəndləri atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonundakı mövqelərinin vurulduğu açıqlanıb.

Nazirlik bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Şıxlar, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında da Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Habelə, Göygöl və Goranboy rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG