Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 14:57

Rusiya Qara Dənizdəki ABŞ gəmilərini özünə ciddi təhlükə sayır


Romania -- Rocket launching hatches are seen on the USS Vicksburg cruiser ship docked at Constanta harbor, March 13, 2015

Rusiya Qara Dənizdəki ABŞ gəmilərini özünə ciddi təhlükə sayır.

RİA Novosti-nin martın 28-də yaydığı məlumata görə, bunu Rusiyanın baş qərərgah baş operativ idarəsinin rəis müavini Viktor Poznixir tərk-silahla bağlı konfransda çıxış edərkən deyib.

O xüsusilə Qara və Baltik dənizləri hövzəsində patrul xidməti göstərən raket əleyhinə müdafiə gəmilərinin Rusiyanın Avropa hissəsindəki obyektlərnə təhlükə olduğunu bildirib və qeyd edib ki, hazırda həmin raket qurğularına hansı silahların yükləndiyi müəyyən deyil.

“Rusiya və Çin üçün ən ciddi təhlükə hava hücumlarından müdafiə qruplarının zərbə imkanlarıdır. ABŞ hərbi dəniz donanması hava hücumlarından müdafiə qüvvələrinin raket əleyhinə qurğularla təhciz edilmiş kreyserləri və raket daşıyan gəmilərində həm də 2,5 min kilometrlik məsafəni vura bilən qanadlı "Tomaqavk" raketlər var”, deyə Viktor Poznixir bildirib.

Onun sözlərinə görə, bu gəmilərdə 1000-dən çox qnadlı raket yerləşdirilə bilər.

Viktor Poznixir həmçinin bildirib ki, Rumınya və Polşadakı hava hücumlarından müdafiə bazalarında universal qurğular var.

Qeyd edək ki, Rusiyaöz növbəsində NATO-nun şərqə doğru genişlənməsinə cavab olaraq Kalininqrad vilayətivə Ukraynadan ilhaq elədiyi Krımda raket əleyhinə müdafiə sistemləri yerləşdirib, yeni hərbi bazalar tikib.

NATO şərqə doğru genişlənməsinin Rusiyaya qarşı yönəlmədiyini deyir.

Rusiya isə bunu birpaşa özünə təhlükə sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG