Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 21:28

Bakıda 'pulkəsənlər'in konfransı keçirilir


Mərkəzi Bank

Bu gün, martın 27-də Bakıda Mərkəzi Bankın təşkilati dəstəyi ilə “Yüksək təhlükəsiz pul çapı” beynəlxalq konfransı başlayıb.

Konfrans üç gün davam edəcək. Tədbir zamanı pul çapı, təhlükəsiz kağız və mühafizə elementlərinin istehsalı üzrə seminarlar keçiriləcək.

Bundan başqa, konfrans çərçivəsində tədavülünün təşkili, ödəniş infrastrukturu, kağız pul nişanlarının, təhlükəsiz kağız substratların və mühafizə elementlərinin yaradılması müzakirə olunacaq.

Buna da bax:​ Əmanətlərin 82 faizə qədəri xarici valyuta ilə qoyulub

Tədbirin təşkilatçısı Böyük Britaniyanın “Reconnaissance International” şirkətidir

Konfransda 50-ə yaxın ölkənin pul çapı, təhlükəsizlik, kağız və mühafizə elementləri istehsalı şirkətlərindən, beynəlxalq təşkilatlardan, elmi tədqiqat institutlarından, 20-yə yaxın mərkəzi bankdan 300-dək nümayəndə iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG