Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 07:18

Rusiyalılar gələcəkdə Türkiyəyə daxili pasportla gedə bilərlər


Mevlut Cavusoglu

Türkiyə Rusiyalı turistlərin daxili pasportla ölkəyə gəlişinə icazə verə bilər.

RİA Novosti-nin martın 27-də yaydığı məlumata görə, bunu ölkənin xarici işlər naziri Mevlut Cavusoglu Antaliyadakı rus icmasının nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə tərəflər hələ 2 il öncə-Türkiyənin Rusiya təyyarəsini Suriya sərhədi yaxınlığında vurmasından əvvəl bu məsələdə xeyli irəliləyişə nail olubmuşlar.

Anadolu agentliyinin məlumatına görə, Cavusoglu deyib ki, indi ikitərəfli münasibətlər yenidən normallaşdığından biz müzakirələri yekunlaşdıra bilərik.

Türkiyə hakimiyyəti bir neçə il əvvəl rusiyalılara qarşı vizasız rejim tətbiq edib. Həmin qaydaya görə turistlər heç bir sənəd doldurmadan 60 gün ərzində Türkiyə ərazisində qala bilərlər. Amma sərhədi yalnız xarici pasportla keçmək olar.

Cavusoglu indi ikitərəfli münasibətlərin normallaşdığını, prezidentlər arasında isə dostluq əlaqələri yarandığını bildirib.

O qeyd edib ki, bu cür münasibətlər regional problemlər, xüsusilə də Suriyada barışıq əldə edilməsinə öz bəhrəsini verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG