Keçid linkləri

2025, 15 İyun, bazar, Bakı vaxtı 03:40

Sən o günü gözlə...


Rövşən Qəmbərov

Sən o günü gözdə...

Bir gün balıqlar boğular,

batar dənizdə,

Göy üzü quş saxlamaz,

qanad salar, səpələnər çöllərə,

Ağaclar dik durammaz,

yıxılar meşələr böyrü üstə,

Sən o günü gözdə...

Bir gün daha ərə getməz atalar

qız köçürəndə,

arvad almaz analar

oğul evləndirəndə,

oğullar nəvə əkməz,

nəvə doğmaz gəlinlər,

oğul yox, övlad istər,

Sən o günü gözdə...

Bir gün Gün də çıxmaz,

səhər açılmaz,

kəsilər Yerin işığı,

Allahın da işi çıxar,

unudar bu dünyanı,

Hamının başı qarışar,

kimi lampa gəzər,

kimi cib kəsər,

Onda əl-ələ verib

qaçarıq bu dünyadan biz də,

Sən o günü gözdə...

XS
SM
MD
LG