Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:38

Qazaxıstan millisinin təyyarəsi Yerevan hava limanına dönməli olub


Yerevan. Zvartnotz hava limanı

Qazaxıstan futbol millisinin təyyarəsi havaya qalxdıqdan sonra dönərək Yerevan hava limanına enib.

Bu barədə AzadlıqRadiosunun Ermənistan xidməti martın 27-də Qazaxıstan millisinin media üzrə nümayəndəsi-İdman bloqqeri Erbol Kairova istinadla xəbər verir.

Onun sözlərinə görə təkərlərdə nasazlıq aşkar edildiyindən heyyətin komandiri geri dönmək qərarına gəlib.

Məlumatı Qazaxıstan futbol federasiyasının mətbuat xidməti də təsdiqləyib, amma məsələyə aydınlıq gətirməyib.

Qazaxıstan millisi martın 26-da futbol üzrə 2018-ci il Dünya çempionatının seçmə oyunları mərhələsində Yerevanda keçirilən növbəti oyunda Ermənistan millisinə 2:0 hesabı ilə məğlub olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG