Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 12:04

Kiyevdə keçmiş rusiyalı deputat güllələnib


Denis Voronenkov

2016-cı ildə Ukraynaya qaçmış və Rusiyanı nasist Almaniyası ilə müqayisə etmiş keçmiş rusiyalı deputat Kiyevdə güllələnib. Kiyev polisinin rəisi Andriy Kryshchenko AzadlıqRadiosuna deyib ki, Denis Voronenkov martın 23-də Kiyevin mərkəzi küçələrindən birində güllələnib.

45 yaşlı Voronenkov 2011-ci ildən 2016-cı ilin sentyabrınadək Kommunist Partiyasından Dövlət Dumasının üzvü olub. 2016-cı ilin oktyabrında həyat yoldaşı Maria Maksakova ilə birlikdə Ukraynaya qaçıb. Səbəb Rusiyada müstəntiqlərin ona qarşı Moskvada qanunsuz əmlak zəbtetmə ittihamı irəli sürməsi olub.

Fevralda Ukraynanın censor.net saytına müsahibəsində Voronenkov bugünkü Rusiyanı nasist Almaniyası ilə müqayisə edib, deyib ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) ölkədəki hər şeyə nəzarət edir. O, Rusiyanın 2014-cü ildə Ukraynanın Krım regionunu tutmasını da «səhv» adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG