Türkmənistan prezidentinin yeganə oğlu parlamentdə vəzifəyə keçib.
Dövlət mediası matın 21-də bildirib ki, Serdar Berdymukhammedov parlamentin hüquqi işlər komitəsinin sədri vəzifəsinə keçib. O, daha öncə Xarici İşlər Nazirliyində informasiya departamentinin rəhbəri idi.
Atası Gurbanguly Berdymukhammedov Türkmənistanı 2006-cı ildən idarə edir. Sələfi Saparmurat Niyazov, dövlət mediasının məlumatına görə, ürəktutmasından dünyasını dəyişib.