2002-ci ildə Moskvadakı Dubrovka teatrında girov götürmə əməliyyatında şübhəli bilinənə 19 il həbs cəzası kəsilib.
Moskva Regional Hərbi Məhkəməsi martın 21-də hökmü elan edib. Khasan Zakayev həmin hücumda çeçen yaraqlılarına yardım etməkdə təqsirli bilinib. Hadisə Nord-Ost müziklinin tamaşası zamanı baş vermişdi.
Buna da bax: Dubrovkada terror aktı qurbanları yad edilir
Zakayev-in həbsi 2015-ci ilin martında elan edilib. O, təqsirini “qismən” boynuna alıb, hücumdan az öncə Moskvaya silah daşıdığını etiraf edib, amma həmin silahların hansı məqsədlə istifadə olunacağını bilmədiyini söyləyib.
Silahlılar 2002-ci il oktyabrın 22-də tamaşanı kəsərək tamaşaçıları girov götürüblər.
Buna da bax: «Dubrovka»da iztirablı 4 gün…
Rusiya xüsusi qüvvələri oktyabrın 26-da teatr binasına zəhərli kimyəvi qaz buraxaraq binanı tutub, girov götürənləri öldürüblər. Rəsmilər 130 girovun öldüyünü bildirib, amma qurbanların hüquqlarını müdafiə edən QHT-lər 174 girovun həlak olduğunu, onların ölümünə yetərsiz tibbi xidmətin səbəb olduğunu deyirlər.
Girovların çoxu binadan çıxarılandan sonra, zəhərli qazdan boğularaq həlak olublar.