Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 16:14

Belarus prezidenti Alyaksandr Lukashenka martın 21-də Qərbin kəşfiyyat agentliklərini ittiham edib, deyib ki, onlar ölkədə itaətsizlik və sabitsizlik yaradan «beşinci kolon»u dəstəkləyirlər.

Son həftələr Belarusda minlərlə insan «tüfeylilərə vergi» qanununa etiraz olaraq küçələrə çıxırlar. Bu, son illər Belarusda ən böyük antihökumət etirazları sayılır.

Lukashenka deyib ki, Qərbin təhlükəsizlik xidmətlərinin idarəçiliyi altında Qərb fondları Belarusda vəziyyəti alovlandırmağa çalışır və itaətsizlik yaradan «xuliqanları» dəstəkləyir. Lukashenka hökumətinin buna cavab verəcəyinə and içib. «Bunun öhdəsindən gələrik, problem deyil», – o deyib və ölkəiçi itaətsizliyin onu Belarus sərhədləri yaxınlığında NATO əsgərlərinin yerləşdirilməsindən daha çox əndişələndirdiyini sözlərinə əlavə edib.

Etirazçılar işsizlərin vergi ödəməsini nəzərdə tutan qanuna qarşı çıxırlar. Martın 1-dən ölkədə 150-dən çox etirazçı saxlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG