Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 07:26

Silahlı Qüvvələrdə 'Açıq qapı' günü


Müdafiə Nazirliyi

Bu gün, martın 20-si saat 11.00-dan başlayaraq bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınlarına «Açıq qapı» günü keçirilir.

Bu barədə Müdafiə Nazirliyinin saytında bildirilir.

Məlumatda qeyd edilir ki, Novruz bayramı münasibətilə təşkil olunan ənənəvi tədbirdə ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış ola bilərlər.

Onlara xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanları da yaradılmalıdır.

«Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçirilən «Açıq qapı» günündə valideynlərlə görüşlər təşkil olunur. Onları maraqlandıran məsələlərin müzakirəsi aparılır, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilir»,-deyə məlumatda qeyd edilir.

Bu gün, noyabrın 20-si saat 14:29-da bahar Azərbaycana qədəm qoyacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG