Türkiyənin xarici işlər nazirliyi Rusiyanın Krımı ilhaq etməsini pisləyib və Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
Nazirliyin saytında Krımın ilhaqından 3 il keçməsi ilə bağlı yerləşdirilən bəyanatda belə deyilir.
Ankara bildirir ki, yarımadada yaşayan tatarların hüquqlarının qorunmasına çalışmaqda davam edəcək.
Rusiya Krımı 2014-cü ilin martında özünə birləşdirib.
Dünyanın əksər ölkələri, o cümlədən Türkiyə bunu qanunsuz sayır.
Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bu ilin yanvarında demişdi ki, Rusiya ilə münasibətlərin yaxşılaşmasına baxmayaraq Türkiyə Krımla bağlı mövqyini dəyişməyəcək.