Keçid linkləri

2017, 25 Mart, şənbə, Bakı vaxtı 15:29

Türkiyə 15 min qaçqını Avropa Birliyinə göndərməklə hədələyib.

Bu barədə martın 17-də AzadlıqRadiosu Reuters agentliyinə istinadla məlumat yayıb.

Ankara xəbərdarlıq edib ki, 2016-cı ilin martında Avropa Birliyi ilə imzalanmış miqrant razılaşmasını poza bilər.

Bu razılaşmada Türkiyənin Avropa Birliyinə keçən qanunsuz miqrantları geri alması və əvəzində onları ölkə ərazisində yerləşdirmək üçün Avropa Birliyinin Türkiyəyə milyonlarla vəsait ayırması nəzərdə tutulur.

Türkiyə ilə Avropa Birliyi arasında son mübahisə türkiyəli nazirlərin Niderland və Almnaiyada mitinqlər keçirmələrinə icazə verilməməsi olub.

Bu mitinqlərdə məqsəd Türkiyədə konstitusiya düzəlişləri ilə bağlı qarşıdan gələn refertendumla əlaqədar türk icmaları arasında təbliğat aparmaq idi.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu martın 15-də Avropa Birliyi ilə miqrant razılaşmasından çıxmaqla hədələmişdi.

Daxili işlər naziri Süleyman Soylu isə martın 16-da bildirib ki, Ankara qaçqınların Avropa Birliyinə yolunu açmaqla Brüsselin beynini qarşıdıra bilər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG