Keçid linkləri

2017, 12 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 08:25

Oqtay Əsədov: 'AŞPA cəza orqanı kimi çıxış edir'


Milli Məclisin sədri Oqtay Əsədov

“Təəssüflə qeyd etməliyəm ki, bəzən Avropa Şurası Parlament Assambleyası monitorinq altında olan ölkələrə qarşı bir cəza orqanı kimi çıxış edir. Biz qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan əməkdaşlığa tərəfdarıq”.

Bu sözləri martın 16-da AŞPA-nın Bakıda keçirilmiş komitə iclasının iştirakçılarını qəbul edən Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Bu haqda parlamentin məlumatında bildirilir.

Buna da bax:​ AŞPA-da Azərbaycanla bağlı məruzə müzakirə ediləcək

O, təəssüflə qeyd edib ki, bəzən Avropa qurumlarındakı ikili standartlar münasibətlərin daha da dərinləşməsinə kölgə salır.

“Ermənistanın nəinki Dağlıq Qarabağı, hətta onun ətrafında olan rayonları belə işğal etməsinə baxmayaraq, bu qurumun sənədlərində Ermənistan haqqında “işğalçı ölkə” kəlməsi belə işlədilmir. 2013-cü ildə Ukraynada baş vermiş böhran zamanı Rusiyaya sanksiyalar tətbiq olunduğu halda Ermənistana münasibətdə biz bunu görmürük”, deyən spiker ümidini bildirib ki, gələcəkdə bu kimi hallar aradan qaldırılacaq.

O.Əsədov deyib ki, Azərbaycan AŞPA ilə əlaqələri gələcəkdə daha da dərinləşdirmək niyyətindədir.

Buna da bax: AŞPA məruzəçisinin Bakı görüşləri [yenilənib]

Martın 15- və 16-sı Bakıda Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası keçirilib.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Aradan 16 il keçsə də Azərbaycan, hələ də Avropa Şurası Parlament Assambleyası monitorinqi altındadır. Azərbaycan üzv olarkən Avropa Şurası qarşısında azad seçkilər, insan haqları, Dağlıq Qarabağ münaqişəsi və bir sıra başqa məsələlərlə bağlı öhdəlik götürüb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG