Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:13

AŞPA-da Azərbaycanla bağlı məruzə müzakirə ediləcək


Avropa Şurası Parlament Assambleyası (AŞPA)

Milli Məclisin deputatları Müslüm MəmmədovVüsal Hüseynov martın 6-dan 7-ə kimi Fransanın paytaxtı Parisdə səfərdə olacaqlar.

Onlar Avropa Şurası Parlament Assambleyasının Hüquqi İşlər və İnsan Haqları Komitəsinin iclasında iştirak etməlidrlər.

Parlamentin mətbuat xidmətindən yayılan məlumata görə, tədbirdə “İşgəncələrə qarşı komitənin 25 illiyi: uğurlar və atılacaq addımlar”, “İnsan Hüquqları üzrə Avropa Konvensiyası: irəliyə doğru uğurlar və çağırışlar” adlı məruzələr dinləniləcək. Avropada müvəqqəti saxlanma məntəqələrinin vəziyyəti, müxtəlif məsələlər üzrə yeni məruzəçilərin təyin olunması və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Buna da bax: Səməd Seyidov: 'Çətindir, bəli! Problemlər var'

Komitədə “Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqlarına hörmət sahəsində hansı addımlar?” adlı məruzə müzakirə olunacaq. Bu məsələ ilə bağlı məruzəçinin Bakıya son faktaraşdırıcı səfəri haqqında hesabatı təqdim olunacaq.

Deputatlar qeyd olunan məsələlərə münasibətlərini bildirəcəklər.

Vüsal Hüseynov, habelə Beynəlxalq Antikorrupsiya Akademiyasının idarə heyətinin növbəti iclasında iştirak etməkdən ötrü martın 7-dən 9-a kimi Avstriyanın Vyana şəhərində də səfərdə olacaq.

Buna da bax: Rüşvətdə adı hallanan deputatlar AŞPA-ya getmədi

Avropa Şurası Parlament Assambleyasının hüquqi məsələlər və insan hüquqları komitəsinin məruzəçisi Alain Destexhe bu il fevral ayının ilk yarısında Azərbaycanda səfərdə olmuşdu.

O, rəsmilər, vətəndaş cəmiyyətinin təmsilçiləri və jurnalistlərlə görüşmüşdü. Onun görüşdüyü şəxslər arasında bu gün, martın 3-ü polisə böhtan atmaqda günahlandırılaraq həbs edilən bloqqer Mehman Hüseynov da var idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG