Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:38

Gürcülər ilk 3D cizgi filmləri ilə dünyaya çıxırlar


David Kiknavelidzenin çəkdiyi "Geno" filmindən bir kadr.
David Kiknavelidzenin çəkdiyi "Geno" filmindən bir kadr.

İlk 3D gürcü cizgi filmi "Geno" axır ki, ekranlara çıxmağa hazırdır. 30 dəqiqəlik cinzgi filmini rejissor David Kiknavelidze çəkib və cizgi filmi Gürcüstan dövlət Kinokonserninin dəstəyi ilə Lira Production animasiya studiyasında ərsəyə gəlib.

Bu haqda gürcü mediası xəbər verir. Xəbərə görə ilk 3D gürcü cizgi filmi gözəl bir göldə yaşayan qurbağa və onun dostları haqdadır. Günlərin bir günü insanlar göl ətrafında binalar tikməyə başlayır və gölün sakinləri olan heyvanlar ya keçmiş gözəl günlərini unutmaq, ya da birləşib evlərini xilas etmək seçimləri qarşısında qalırlar.

"Geno" cizgi filminin treyleri.

Cizgi filmin müəllifləri onu dünyaya çıxarmağı qərara alıblar və buna görə də "Geno"nu Fransanın Annecy şəhərində keçirilən nüfuzlu Beynəlxalq Kinoanimasiya festivalına göndəriblər. Cizgi filmi festivalın şərtlərini ödədiyi üçün, onu festivalın proqramına salıblar və beləliklə "Geno"nun premyerası Annecy Kinoanimasiya festivalında baş tutacaq.

Buna da bax: Gürcüstan Berlinale film festivalında üç filmlə təmsil olunacaq

Annecy animasiya filmləri festivalı dünyada ən qədim animasiya festivalıdır. O əvvəlcə 1956-cı ildə Kann film festivalının tərkibində "Beynəlxalq animasiya günləri" kimi keçirilib, daha sonra 1960-cı ildə isə ayrıca festival statusu qazanıb. Festivalın uzun metrajlı, qısa metrajlı və televiziya filmlərinə görə baş mükafatı "Kristall"dır. Həmçinin festivalda ən yaxşı debütə görə Jan-Lyuk Ksiberrasın xüsusi mükafatı da verilib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG