Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:18

«Martın 9-da yol-nəqliyyat qəzası zamanı xəsarət alan tələbələrdən 5 nəfər müalicə alır, qalanları evə buraxılıb». Bunu Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Səfayət Əhmədova bildirib.

Onun sözlərinə görə, həmin tələbələrin 2-si Sumqayıtda, 3 nəfəri isə Bakı 1 saylı Klinik Xəstəxanada müalicələrini davam etdirirlər.

Xatırladaq ki, martın 9-da səhər Bakı-Sumqayıt magistralında ağır yol-nəqliyyat qəzası baş verdi. Bu qəza zamanı Sumqayıt Dövlət Universitetinin 5 tələbəsi dünyasını dəyişdi, daha sonra daha bir tələbə də aldığı xəsarətlərdən vəfat etdi.

Xəstəxanaya aparılan 17 tələbədən 3-nün durumu yaxşı olduğundan evə buraxılıb, qalanlar isə müalicə olunublar.

Bu hadisəylə bağlı yol-nəqliyyat qəzasına səbəb olan sürücülərin saxlandığı və onlar barəsində cinayət işi başlandığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG