Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 23:46

Bu gün, martın 15-dən etibarən «Azərbaycan Hava Yolları»nın aşağıbüdcəli brendi AZALJET Moskvanın «Vnukovo» hava limanından Azərbaycanın regionlarına - Gəncə və Qəbələyə müntəzəm reyslər yerinə yetirməyə başlayır.

İlk Moskva-Gəncə reysinin yerinə yetirilməsi münasibətilə martın 15-də AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və «Vnukovo» hava limanının baş direktoru Vasily Aleksandrov-un iştirakı ilə təntənəli tədbir keçirilib.

Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri «Airbus A320» təyyarələri ilə yerinə yetiriləcək.

Aviabiletlərin qiymətləri bir istiqamətə 49 avrodan başlayır. Reyslər çərçivəsində çəki konsepsiyası tətbiq olunacaq - baqajın daşınma qiyməti hər kiloqrama görə 2 avro təşkil edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG