Keçid linkləri

2017, 24 Avqust, Cümə axşamı, Bakı vaxtı 09:04

Türkiyədə hava şarları qəzalı eniş etdi,40-dan çox adam yaralandı


Türkiyə Cappadokia regionu

Martın 14-də Türkiyədə hava şarlarının yerə bərk enməsi nəticəsində azı 42 nəfər xəsarət alıb.

Dogan agentliyinin məlumatına görə insident turizm zonası olan Kappadokiya regionunda baş verib, hava şarlarından 3-ü enərkən yerə bərk dəyib.

Mənbənin yazdığına görə, bu şarlarla turistlər üçün xüsusi ekskursiyalar təşkil edilir.

Məlumata görə hava şarlarında ümumilikdə 45 nəfər olub ki, onların əksəriyyəti Avropa ölkələri və Çindəndir.

İlkin məlumata görə qəzaya səbəb hava şəraitinin qəflətən dəyişməsi olub.

32 nəfərə yerindəcə tibbi yardım göstərilib. 9 nəfər isə müxtəlif sınıqlarla hospitala götürülüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG