Mosulda qalan bütün «İslam Dövləti» (İŞİD) yaraqlıları öldürüləcək. Bunu ABŞ-ın Mosulda İŞİD-lə vuruşan koalisiyadakı elçisi Brett McGurk deyib.
İraq ordusu Mosul şəhərinin qərb hissəsini də yaraqlılardan azad edib, şəhərdən son çıxış yolu bağlanıb və B.McGurk şəhərdə qalan yaraqlıların elə oradaca öləcəyini söyləyib: «Biz onları təkcə məğlub etməməli, həm də canlarını qurtarmalarına imkan verməməliyik».
İraqın ikinci böyük şəhəri olan Mosul 2014-cü ildən İŞİD-in nəzarətindədir. 2016-cı ilin oktyabrında İraq ordusu, kürdlərin Peşmərgə dəstələri, sünni döyüşçülər və şiə hərbçiləri ABŞ-ın hərbi hava qüvvələrinin köməyi ilə Mosul uğrunda genişmiqyaslı əməliyyatlara başlayıblar.