Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:13

Azərbaycan-Rusiya-Türkiyə ittifaqı?


Erdoğan və Putin
Erdoğan və Putin

Türkiyə prezidenti Recep Tayyip Erdoğan martın 10-da Moskva səfərində Rusiya-Azərbaycan-Türkiyə arasında ittifaq ideyasına toxundu. O hətta dedi ki, Rusiya-Turkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında Azərbaycan-Türkiyə-Rusiya İttifaqının yaradılması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları geniş müzakirə edilib.

Belə ittifaq mümkündürmü? Bu ittifaqın Azərbaycana hansı xeyri və ya ziyanı ola bilər?

Politoloq Fərhad Mehdiyev deyir ki, bu təklif “Azərbaycan üzərində Rusiyanın və Türkiyənin bir rəqabəti olmamalıdır” mesajı kimi qəbul olunmalıdır. Onun sözlərinə görə, Azərbaycan Rusiya və Türkiyə ilə nə konfederasiya, nə də hər hansı bir federasiyaya gedən deyil.

Siyasi şərhçi onu da qeyd edir ki, hər 3 ölkə öz maraqlarını uzlaşdırmağı bacarırlar. Fərhad Mehdiyev bildirir ki, Rusiyanın bu təklifə isti yanaşması onu deməyə əsas verir ki, Rusiya Türkiyənin Azərbaycan üzərindəki maraqlarını qəbul edir.

Fərhad Mehdiyev: "Bu təklif mesaj kimi qəbul olunmalıdır"
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00
Direct-ə keçid

Politoloq Elxan Şahinoğlunun fikrincə, Azərbaycan-Rusiya-Türkiyə formatı yaradıla bilər. Ekspert deyir ki, Azərbaycan həmişə belə formatlarda iştirak edir. Elxan Şahinoğlu bildirir ki, hazırda Rusiya- Türkiyə münasibətləri inkişaf edir. Onun sözlərinə görə əgər bu iki dövlət başçıları görüşüb müzakirələr apara bilirlərsə, deməli Azərbaycan da qatılmaqla, 3 tərəfli formatda da ortaq məsələləri müzakirə edə bilərlər.

Elxan Şahinoğlu: "Azərbaycan da qatılmaqla..."
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00
Direct-ə keçid

Milli Məclisin deputatı Elman Nəsirov Rusiya- Türkiyə dövlət başçılarının görüşünü yüksək səviyyəli görüş kimi qiymətləndirir. Deputat Azərbaycan da daxil olmaqla 3 tərəfli formatda əməkdaşlığın aparılmasını mümkün hesab edir. Onun sözlərinə görə, Azərbaycan daim öz xarici siyasətində həm 2 tərəfli, həm də 3 tərəfli formatlara xüsusi önəm verir.

Elman Nəsirov deyir ki, iki tərəfli formatda əldə edilən nailiyyətlər 3 tərəfli formatda davam etdirilə bilər. Deputat qeyd edir ki, Azərbaycanın hər iki ölkə ilə yaxşı münasibətləri olmasaydı 3 tərəfli format formalaşdırmaq mümkün olmazdı. Bunu əsas götürən Elman Nəsirov vurğulayır ki, həmin münasibətləri yeni müstəvidə inkişaf etdirmək prinsip etibarı ilə mümkündür.

Elman Nəsirov: "3 tərəfli format...."
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00
Direct-ə keçid

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG