Keçid linkləri

2017, 29 İyun, Cümə axşamı, Bakı vaxtı 11:18

Xəzərdən daha bir meyit tapılıb


Xəzər

Martın 13-də Xəzər dənizində naməlum kişi meyiti aşkar edilib.

Bu barədə Dövlət Dəniz Administrasiyasında yaradılan Qərargahın məlumatında bildirilir.

Cəsədin itkin düşən neftçilərdən birinə aid olub-olmadığı bəlli deyil.

XATIRLATMA

Ötən il dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində əsən güclü külək «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadasını dənizə uçurmuşdu.

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da dənizə salmışdı. Qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər itkin düşmüşdü. Sonradan itkin düşənlərdən üçünün meyiti tapılıb.

Digər neftçilərdən, hələ də, xəbər yoxdur.

Sözügedən qəzadan sonra Dövlət Dəniz Administrasiyasında Qərargah yaradılıb.

Qərargaha Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin aparıcı mütəxəssisləri daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG