Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 12:39

Keçən il Suriyada 650 uşaq ölüb


Uşaqlar müharibədə.

BMT ötən ilin ən çox suriyalı uşaqlardan ötrü pis keçdiyini deyir. Təşkilatın uşaq haqlarını müdafiə agentliyi-- UNICEF 2016-ci ildə Suriyada müharibədə 650-dən çox uşağın həlak olduğunu, milyonlarla uşağın qaçqınlıqdan əziyyət çəkdiyini bildirir.

Təşkilat keçən il Suriyada döyüş əməliyyatları getdiyindən ölən, yaralanan, şikəst edilən, müharibəyə cəlb olunan uşaqların sayının ikiqat artdığını, 2015-ci illə müqayisədə 20% çoxaldığını qeyd edib.

Təşkilatın hesabatında, azı, 255 uşağın məktəb yaxınlığında həlak olduğu deyilir.

Uşaqların yerləşdirildiyi xəstəxana və tibbi mərkəzlərə 338 hücum qeydə alınıb.

Tək keçən il Suriyada 850-dən çox uşağın döyüşlərə qatıldığı müəyyən edilib. Bu da 2015-ci illə müqayisədə 2 dəfə böyük rəqəmdir. UNICEF uşaqların ön cəbhələrdə vuruşmasıyla yanaşı, qətllərdə, intihar partlayışlarında iştirak etdiyini, ən yaxşı halda həbsxanalara keşik çəkdiyini bildirir.

Suriyada müharibə başlayanı—2011-ci ildə bəri 6 milyon uşaq humanitar yardıma möhtacdır. Onlardan 2.8 milyonu əlçatmaz zonalardadır, 280 mini mühasirədə qaldığından yardımdan məhrumdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG