Keçid linkləri

2017, 20 Avqust, bazar, Bakı vaxtı 11:58

«Martın 9-da baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan tələbələrdən 7 nəfərinin müalicəsi davam edir».

Bunu AzadlıqRadiosuna Sumqayıt Dövlət Universiteti mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli bildirib.

Onun deməsinə görə, xəsarət alan tələbələrdən 5-i Sumqayıtdakı xəstəxanalarda, 2-si isə Bakıda 1 saylı Klinik Xəstəxanada müalicə alırlar.

N.Cəlilli qeyd edib ki, xəsarət alanlardan bəzilərinin səhhəti yaxşılaşdığından xəstəxanadan evə buraxılıb. «Tələbələrin vəziyyəti yaxşılaşır, müalicə səmərəsini verir», - N.Cəlilli deyib.

Martın 9-u Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş vermiş, nəticədə 5 nəfər ölmüş, 20-dən çox şəxs xəsarət almışdı. Yol qəzasına düşən mikroavtobusun sərnişinlərinin əksəriyyəti tələbələr idi. Onlardan 3-ü həmin gün evə buraxılmışdı. Martın 11-də isə xəsarət alan tələbələrdən daha biri vəfat edib.

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində faktla bağlı cinayət işi açılıb. Mikroavtobusun sürücüsü Namiq Hüseynov Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması- iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG