Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:45

Nelson Mandela'nın yarımçıq xatirələri yazıçı tərəfindən tamamlanacaq


Nelson Mandela bir zamanlar həbsdə yatdığı hücrəsində.
Nelson Mandela bir zamanlar həbsdə yatdığı hücrəsində.

Cənubi Afrika Respublikasının dünyaca məşhur siyasi lideri Nelson Mandela'nın xatirələrindən ibarət kitab bu payız çapdan çıxacaq. Mandela bu kitabı "Azadlığa doğru uzun yol" adlı avtobioqrafik kitabından sonra yazıb, ancaq vəfatına görə yarımçıq qalıb. "Gecikməyə cəsarət etmə" adlanan kitabı bitirib çap etdirmək işi isə Cənubi Afrikadan olan romançı və şair Mandla Langa'nın üzərinə düşüb.

Mandla Langa "Guardian" qəzetinə deyib ki, Mandela bu kitabı 1999-cu ildə prezidentlik dövrünü başa vurduqdan sonra yazmağa başlasa da 2013-cü ildə dünyasını dəyişənə qədər bitirməyib.

Buna da bax: Nelson Mandela doğulduğu kənddə dəfn edildi

Kitab Nelson Mandela'nın gündəliklərindəki qeydlərinin, təqvimlərinin və 2010-larda yazdığı "Özümlə söhbət" başlıqlı məktublarının əsasında hazırlanır. Mandla Langa əlindəki arxiv materiallarından istifadə edərək kitabı tamamlaya biləcəyini düşünür. Yazıçının sözlərinə görə Mandela uzun illər keçirdiyi görüşlərin hər birini öz əli ilə sənədləşdirib, qeydlər aparırmış, onun çox böyük arxivi olsa da, arxivini mətnə çevirərkən cəmi 70 000 sözlük bir mətn yaranıb. İndi onun arxivini nəzərdən keçirib kitabını bitirmək lazımdır.

Xatırladaq ki, Nelson Mandela Cənubi Afrika Respublikasında irqçi aparteid rejiminə qarşı hərəkatının rəhbəri olub və siyasi fəaliyyətinə görə 27 il həbsdə yatıb. O həbsdən çıxdıqdan bir müddət sonra Cənubi Afrika Respublikasının prezidenti seçilib və 1994-1999-cu illər ərzində bu vəzifədə qalıb. Onun haqda ölümündən sonra, 2013-cü ildə xatirələri əsasında "Azadlığa doğru uzun yol" adlı film də çəkilib. Filmdə Mandelanı qaradərili aktyor Idris Elba canlandırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG