Keçid linkləri

2017, 24 Mart, Cümə, Bakı vaxtı 12:10

Bu gün—martın 10-da Moskvada Türkiyə prezidenti Recep Tayyip Erdoğan-la Rusiya prezidenti Vladimir Putin-in görüşü keçirilir. Kremlin sözçüsü Dmitry Peskov görüşün gündəliyinin mümkün qədər geniş olacağını bildirib, «Bu, böhran dövrünü yaşamış münasibətlərin normallaşması prosesinin davamıdır», - deyib.

Türkiyəylə Rusiyanın münasibətlərində son iki ildə kəskin dəyişikliklər olub. Suriya münaqişəsində onlar qarşı tərəfləri müdafiə ediblər. 2015-ci ilin noyabrında türklərin rus təyyarəsini vurması münasibətləri son dərəcə gərmişdi. Amma indi tərəflər Suriyada birgə siyasət yeridir, bəzən hətta birgə əməliyyatlar keçirirlər.

Bəzi analitiklərin fikrincə, Qərblə münasibətləri soyuyan R.T.Erdoğan-ın Moskva səfəri onun Kremllə yaxınlaşmasına xidmət edir.

Mətbuatın yazdığına görə, Moskvada Türkiyənin Rusiyadan S-400 raket sistemini almasıyla bağlı danışıqlar olacaq, Türkiyədə Akkuyu atom elektrik stansiyasının tikintisi, «Türk axını» adlanan təbii qaz kəmərinin inşası məsələlərinə baxılacaq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG