Keçid linkləri

2017, 23 Mart, Cümə axşamı, Bakı vaxtı 10:11

Lukashenka:“Moskvadan ucuz qaz yox, öhtəliklərin yerinə yetirilməsini gözləyirik”


 Alyaksandr Lukashenka

Alyaksandr Lukashenka

“Minsk Moskvadan ucuz qaz yox, öz öhtəliklərini yerinə yetirməyi gözləyir”.

RİA Novostinin məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukashenka Rusiyanın baş naziri Dimitry Medvedevin bəyanatına cavab olaraq deyib.

“Bizi artıq qazı Avropa qiymətinə almaqla qorxutmağa başlayırlar.Yəni 150 yox, 200 dollar ödəməklə.Bu ona oxşayır ki, ilk növbədə də Rusiya və Belarusda hamıya bir işarəyə bənzəyirki, biz Rusiyanın hesabına dolanırıq .Yəqin ki, ruslar vərusiyalıların əksəriyyətibaşa düşür ki, bizim Rusiya ilə münasibətlərimiz mühasibatlıq deyil. Mühasibatlıq və qazın qiyməti bizim münasibətlərin əsasında olmamalıdır”, Lukashenka “Sputnik Belarusuya” agentliyinə deyib.

Lukashenka qeyd edib ki, əgər kimlərsə vəziyyəti qarşıdıraraq növbəti dəfə məsələləri həll etmək əvəzində bizi tənbeh eləmək istəyirsə, alınmayacaq.

Qeyd edək ki, Rusiya ilə Belarus 2016-cı ildən bu yana neft və qazın qiymətində razılığa gələ bilmirlər.

Rusiya buna görə, Belarusa ixracın azaldıldığını bəyan edib.

Xatırladaq ki, Rusiyanın baş naziri Dimitry Medvedev bu günlərdə Avrasiya iqtisadi birliyinin Bişkekdə keçirilən toplantısında deyib ki, əgər burda iştirak edən bir sıra ölkələr bu ittifaqa daxil olmasaydılar indi qazı Avropa qiymətinə-hər min kub metri 200 dollara alardılar.

Avrasiya İqtisadi Birliyi-nə hazırda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG