Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:46

Vəkil qıtlığı yoxsa xof?


arxiv
arxiv

Azərbaycanda "siyasi məhbus" adlananların , vicdan məhbuslarının müdafiəsində, siyasi məhkəmə çəkişmələrində eyni vəkillərin adları çəkilir. Bəzən siyasi motivli həbslərdə hətta müdafiəyə vəkil tapılmır.

Ötən ilin dekabrında Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkünlərin yaşadıqları qəsəbələrə verilən elektrik enerjisinin kəsilməsinə görə keçirdikləri etiraz aksiyasından sonra həbs edilənlərin yalnız birinin - Cəlal Quliyevin vəkili var idi. Digər 4 nəfər isə vəkil problemi ilə üzləşmişdi. Bu kimi hallara Azərbaycanda tez-tez rast gəlinir.

Bu nə ilə bağlıdır? Vəkil çatışmazlığı? Yoxsa vəkillərin öz işini itirmək qorxusu?

Siyasi məhbusları müdafiə etdiyi üçün Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunduğunu iddia edən Xalid Bağırov bildirir ki, bunun əsas 2 səbəbi var. Onun sözlərinə görə, ölkədə həm vəkillərin sayı olduqca azdır. Digər bir səbəbsə odur ki, həmin azsaylı vəkillərin əksəriyyəti siyasi məhkəmə proseslərinə qoşulmağa cəsarət etmirlər.

Vəkillər Kollegiyasının keçmiş üzvü həm də onu bildirir ki, siyasi məhkəmə proseslərinə çıxan vəkillərin gəlir imkanları az olduğu üçün bir çoxlarını bu qane etmir. Onun fikrincə, bəzi vəkillər həmin peşə sahiblərinin bir neçəsinin cəza olaraq Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılmasından da xoflanıblar.

Xalid Bağırov: "əsas 2 səbəb var"
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00
Direct-ə keçid

Siyasi məhbusların müdafiəsində daha çox adı hallanan vəkillərdən biri - Fariz Namazlı bildirir ki, buna əsas səbəb həmkarlarının siyasi məhbusların müdafiəsindən ehtiyyatlanmasıdır.

Onun sözlərinə görə əksər vəkillər siyasi işlərə çıxmaq istəməməklərini bu kimi işlərdə maddi təminatın olmaması ilə və siyasi işlərə çıxan bəzi həmkarlarının Kollegiyadan xaric edilməsi ilə əsaslandırırlar.

Fariz Namazlı: "əsas səbəb siyasi məhbusların müdafiəsindən ehtiyatlanmalarıdır"
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00
Direct-ə keçid

Vəkillər Kollegiyasınıın üzvü Samir İsayev isə siyasi məhkəmə proseslərinə çıxmamağını onunla əsaslandırır ki, bəzən bu kimi proseslərdə vəkildən peşəsinin imkan verdiyi çərçivələrdən daha artıq şeylər tələb olunur. Onun sözlərinə görə bu kimi işlərdə vəkillərdən bəzən siyasi fikir ifadə etməyi tələb edirlər.

Vəkil deyir ki, belə məsələlərdə vəkillərin qanunla qorunan mənafeləri pozulduğu üçün birmənalı olaraq həmin işlərə qatılmır. Samir İsayev bildirir ki, vəkil vəkilliyini etməlidir, siyasi alətə çevrilməməlidir. Vəkil həm də onu qeyd edir ki, bu xidmət pullu olduğu üçün bir çox hallarda həmin proseslərə çıxanların pulsuz xidmət göstərməsi istənilir ki, bu da çoxlarını qane etmir.

Samir İsayev: "Vəkil siyasi alətə çevrilməməlidir"
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00
Direct-ə keçid

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG