Keçid linkləri

2017, 25 Mart, şənbə, Bakı vaxtı 15:40

Dünən—martın 8-də Ermənistan prezidenti Serzh Sarkisian-la Fransa prezidenti Francois Hollande əməkdaşlıq haqda bir neçə sənədə imza atıblar. Sənədlər turizm, elmi araşdırma sahəsində birgə fəaliyyəti, bir də Ermənistanda fransız universitetinin yaradılmasını nəzərdə tutur. Anlaşmalar Parisdə, S.Sarkisian -ın Fransaya səfəri çərçivəsində imzalanıb.

F.Hollande S.Sarkisian-la görüşdə həm də Qarabağ məsələsini müzakirə etdiklərini söyləyib, «Biz zorakılığın təkrarlanmaması üçün çalışmaq, məsələnin həlli yollarını tapmaq istəyirik», - deyib.

F.Hollande ilə görüşündən əvvəl S.Sarkisian beynəlxalq qüvvələri Azərbaycana təzyiq göstərməyə, onu müharibədən çəkindirməyə çağırıb, Bakının Yerevana böhtan atdığını deyib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG