Keçid linkləri

2017, 23 Mart, Cümə axşamı, Bakı vaxtı 10:14

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində bayram tədbirləri keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Silahlı Qüvvələrdə xidmət edən və mülki qulluqçu kimi çalışan qadınların iştirakı ilə keçirilən mərasimlərdə prezidentin, müdafiə nazirinin təbrikləri oxunub.

Müxtəlif hərbi hissələrdə təşkil olunan tədbirlərdə qadınlara hədiyyələr təqdim olunub və yaradıcı kollektivlər konsert proqramları ilə çıxış ediblər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG