Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 23:08

Lordlar palatası baş nazirin istəyini əngəlləyir


Lordlar palatası

Böyük Britaniyanın Lordlar palatası qərara alıb ki, hökumət Avropa Birliyindən çıxmaqla bağlı yekun razılaşmanı parlamentlə razılışdırmalıdır.

366 nəfərlik lordlar palatasının qəbul etdiyi düzəlişə əsasən, hökumət Avropa Birliyi ilə yekun razılaşma və ya Brüssellə razılaşmasız birlikdən çıxmaq üçün parlamentdən razılıq almalıdır.

BBC yazır ki, bu, son həftə ərzində ölkəni Avropa Birliyindən çıxarmağa calışan baş nazir Tereza Meyin ( Theresa May) artıq ikinci məğlubiyyətidir.

Lordlar palatası martın 2-də hökumətdən Avropa Birliyi ölkələri vətəndaşlarının Böyük Britaniyada qala bilmələrinə təminat verilməsini tələb etmişdi.

Baş nazir bundan əvvəl lordları sənədi düzəlişsiz qəbul etməyə çağırmışdı.

Qeyd edək ki, İcmalar palatası bundan əvvəl Brekzit-lə bağlı qanun layihəsini qəbul edib.

Lordlar palatasında keçirilən səsvermədən sonra qanun layihəsinə İcmalar palatasında yenidən baxılacaq.

Baş nazir Tereza Mey bundan əvvəl ölkənin Avropa Birliyindən çıxması prosesinə başlayacağını vəd eləmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG